76 yaşlı icra başçısı Alı Qocayevdə yola salınır

 18-07-2023

Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev yaxın zamanlarda vəzifəsindən azad olunacaq.

Bu barədə Gununses.info-nun əldə etdiyi məlumata görə, icra başçısını işdən getməsi onun yaş həddi ilə bağlıdır.

Belə ki, hazırda 76 yaşında olan Alı Qocayev 2012-ci idən  Samux rayon İcra Hakmiyyətinin başçısı vəzifəsini tutur.

Onu da bildirək ki, Qocayev Alı İbrahim oğlu 27 iyul 1947 ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Artıq təqaüdə getmək vaxtıdır. Amma mənimsədiyi, dövlətə aid torpaqları qaytarmaq şərtilə.

Bir neçə ay bundan öncə Samux rayon Seyidlər kəndinin sakinləri Space TV, Baku tv, kanalında canlı yayımda çıxış edərək, Prezident İlham Əliyev Cənablarına müraciətləri olubdur. Sözü gedən kənd sakinlərinin 100 hektara yaxın torpaq sahəsi, Bələdiyyə, Seyidlər kənd icra nümayəndəsi Tacəddin Əsgərov və İcra Başçısı Alı Qocayev tərəfindən, öhdəliklərindən alınaraq digər tanımadıqları şəxslərə verdiklərini iddia edirlər.

Seyidlər kəndinin icra nümayəndəsi Tacəddin Əsgərov, kənd sakinlərinin iddialarının yalan olduğunu, Gəncə Şəhər Regional Daşınmaz Əmlakdan saxta sənəd verdiklərini qeyd edir.

Digər məlumata görə, icra başcısı Gəncə Şəhər Rüstəm Allahverdioğlu küçəsində, Mədəniyyət Nazirliyinin tabeçiliyində olan “KLUB” deyilən yerin ərazisində ikimərtəbəli ev də tikdirib.

Mədəniyyət Nazirliyinin tabeçiliyində olan “KLUB” deyilən yerin ərazisində, iki mərtəbəli yaşayış evi tikdirmək, sözü gedən mülkin tikilişinə icazə verən, Dövlət qurumu, vəzifə səlahiyyətlərini aşmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirlidir.

Xatrladaq ki, Alı Qocayev bu vəzifəsindən əvvəl Bakının Binəqədi rayonuna rəhbərlik edib və o, sabiq vitse-spiker Oqtay Əsədovla qudadır.

Bənzər yazılar

0.16376399993896