Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin həbs müddəti uzadıldı

 23-06-2023

Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb.

“Report”un əldə etdiyi xəbərə görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.

Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb.

Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

Bənzər yazılar

0.14876484870911