8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyində kadr dəyişikliyi

 23-06-2023

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyində kadr dəyişikliyi baş verib.

Yeniavaz.com xəbər verir ki, hazırda məzuniyyətdə olan idarə rəisi Tofiq Əsgərovun vəzifəsinə xitam verilib.

Bildirilir ki, onun məzuniyyət müddəti bitdikdən sonra, iyul ayının 10-dan etibarən o, rəis səlahiyyətlərini icra edə bilməyəcək.

Qeyd edək ki, həmin vəzifəyə 3 ay müddətinə müvəqqəti olaraq nazirliyin qurumlarından birində baş məsləhətçi işləyən Məcidov Asif Arif oğlu təyin olunub.

Bənzər yazılar

0.15401005744934