Vüqar Səfərli ilə birgə tutulan şirkət rəhbərinin işinə yenidən baxılacaq

 20-06-2023

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş “Portos”MMC-nin direktoru Nadir Məmmədov kassasiya şikayəti verib.

“Qafqazinfo.az” xəbər verir ki, keçmiş direktor şikayət ərizəsində cəzasının yüngülləşdirilməsini xahiş edib.

İş Ali Məhkəmənin icraatına qəbul edilib.

Qeyd edək ki, Nadir Məmmədov və 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olmuş Vüqar Səfərli 2021-ci ildə həbs ediliblər.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, Nadir Məmmədov 6 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Bənzər yazılar

0.17950201034546