İmişlidə yarım milyonluq təmir - Bu dəfə də tenderin qalibi “Orion-E” MMC oldu

 12-06-2023

İmişli Rayon İcra Hakimiyyəti İmişli şəhərində avtomobil yollarının təmiri ilə bağlı tenderə yekun vurub. 

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Orion-E” MMC seçilib. İcra Hakimiyyəti ilə şirkət arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 583.971,97 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Orion-E” MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 730 030 AZN olan şirkətin hüquqi ünvanı İmişli rayonu İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qasımov Mürsəl İsa oğludur.

Mürsəl Qasımov daxil şirkətin indiyə qədər 4 qanuni təmsilçisi olub. MMC-nin ilk qanuni təmsilçisi Astanov Şükür İsmayıl oğlu olub. 2010-cu ildə onu Xəlilov Zülfüqar Qarakişi oğlu əvəzləyib. 2014-cü ildə isə şirkətin qanuni təmsilçisi Səfərov Aqil Babalı oğlu olub. 2016-cı ildə Aqil Səfərovu isə Abıyev Zahid Bəhmən oğlu əvəzləyib.

2020-ci ildə şirkətin qanuni təmsilçisi növbəti dəfə dəyişib. Bu dəfə reyestr məlumatlarında Mürsəl Qasımovun adı qeyd edilib. 

Şirkətin nizamnamə kapitalında da bir neçə dəfə dəyişiklik edilib. Nizamnamə kapitalı 30 AZN-dən 1 730 030 AZN-ə çatdırılıb. 

Dövlət satınalmalarının elektron portalında yelrəşdirilən məlumatlardan aydın olur ki, “Orion-E” MMC daha çox İmişli Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olur. 2020-2023-cü illər ərzində icra hakimiyyəti 9 satınalma müqaviləsi imzalayıb. Müqavilələrinin toplam maliyyə dəyəri 3 825 640, 42 AZN-dir. 

Müqavilələr əsasən yolların təmiri və abadlıq işləri ilə bağlıdır. 

Müəllif Hüseyn

Bənzər yazılar

0.20233511924744