Göygölun hər il pul “yeyən” yolları

 08-06-2023

Göygöl Rayon İcra Hakimiyəti Başçısının Göygöl Şəhər üzrə Nümayəndəliyi yolların əsaslı təmiri ilə bağlı tender elan edib. 

Valyuta.az xəbər verir ki, tender 11 iyul 2023-cü il tarixə qədər davam edəcək.

Maraqlıdır ki, ötən il Göygöl Rayon İcra Hakimiyəti başçısının Göygöl Şəhər üzrə Nümayəndəliyi ötən il yolların əsaslı təmirinə 858.909,5 AZN xərcləyib. Təmir işlərini “Gəncə Körpü Tikinti-2” ASC aparıb.

2021-ci ildə Göygölun yolları 854.994,76 AZN “yeyib”. Bu dəfə təmir işlərini “Ərdağı” MMC aparıb.

Beləliklə, aydın olur ki, 2021-2022-ci illərdə Göygöldəki yolların əsaslı təmirinə 1 713 904,26 AZN xərclənib. Amma nədənsə yenə də yolların təmirinə ehtiyac yaranıb. 

Hüseyn

Bənzər yazılar

0.16944599151611