Astarada 66 minlik abadlıq - Qəzənfər Ağayevin müqavilə imzaladığı şirkət kimindir?

 08-06-2023

Astara Rayon İcra Hakimiyyəti Astara şəhərində abadlıq işlərinin görülməsi ilə bağlı tender keçirib.

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Resing Construction Group” MMC olub.

İcra hakimiyyəti abadlıq işlərinə 66 600,38 AZN xərcləyəcək.

“Resing Construction Group” MMC 29 iyun 2022-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 50 AZN-dir. Şirkətin qanuni təmsilçisi Mansurov Ramal Şəmsəddin oğludur.

Ramal Mansurovdan əvvəl şirkətin qanuni təmsilçisi Gözəlov Nəsimi Dəyyan oğlu olub.

 

Hər iki şəsxin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Şirkət barədə də məlumatlara rast gəlinmir.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. O, 2012-ci ildən bu vəzifədədir. 

Qəzənfər Ağayev 2005-2006-cı illərdə Yardımlı, 2006-2012-ci illərdə isə Masallının icra başçısı vəzifəsində işləyib. Beləliklə, o, 18 ildir ki, icra başçısı vəzifəsi daşıyır.

Hüseyn

Bənzər yazılar

0.16986298561096