Naxçıvanda bu dəfə 10 şirkət birləşdi – Talıbovlarla bağlılığı var

 14-05-2023

Naxçıvanda dövlət qeydiyyatına alınan 9 şirkət "Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-2" MMC-yə (VÖEN - 0200341361) birləşəcək.

Yeniavaz.com xəbər verir ki, aşağıdakı şirkətlər “Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-2” MMC-yə qoşulması nəticəsində MMC yenidən təşkil olunacaq.

“Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-1" firması (VÖEN - 0200067021)
"Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-3" MMC  (VÖEN - 0900057971)
"Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-4" MMC (VÖEN - 0600551681)
"Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-6" MMC (VÖEN - 0701003621)
"Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-5" MMC (VÖEN - 0201371561)
"Nəxşicahan Holdinq Şirkətlər Qrupunun "Sədərək petrol" MMC (VÖEN - 0500061641)
"Nəxşicahan Holdinq Şirkətlər Qrupunun "Şahbuz petrol" MMC (VÖEN - 0800129161)
"Nəxşicahan Holdinq Şirkətlər Qrupunun “Şərur yanacaq doldurma məntəqəsi” MMC (VÖEN - 0700035651)
“Mest-10” MMC (VÖEN - 0701261651)

Məlumat üçün bildirək ki, "Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-2" MMC 01.02.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri Heydər Əliyev pr., 2, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Mehman İman oğludur.

Qeyd edək ki, son zamanlar Naxçıvada “Gəmiqaya” və “Nəxşicahan” adları ilə mövcud olan onlarla şirkət arasında birləşmə və parçalanmalar qeydə alınıb. Bu şirkətlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda çoxsaylı yazılar yayımlanıb.

Müəllif Elnur Əli
Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.22300410270691