Kəmaləddin Heydərovun bacanağının şirkəti iki quruma qarşı

 03-05-2023

“Azərsu” ASC və Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) məhkəməyə verilib. 

HİT.az xəbər verir ki, hər iki qurum barəsində “Azsığorta” ASC iddia qaldırıb. Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baxılacaq. 

İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Ehtimal olunur ki, məhkəmə çəkişməsi sığorta öhdəlikləri ilə bağlıdır. 

“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.

Bənzər yazılar

0.2038369178772