Prokuror assosiasiya prezidentini şantaj etməkdə təqsirləndirilən iş adamına cəza istəyib

 28-04-2023

Prokuror Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdan hədə-qorxu yolu ilə 500 min dollar almaqda təqsirləndirilən iş adamı Kamal Akimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Report” xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda elan edib.

Məhkəmənin növbəti iclası iyunun 9-na təyin edilib.

İttihama görə, K.Akimov A.Əsgərovu özünə və ailəsinə zərər yetirməklə hədələyərək ondan 500 min dollar alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.

K.Akimovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

İttiham aktına görə, Kamal Akimov Cinayət Məcəlləsinin 182.3.2 (Zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. İş adamı mətbuata bildirib ki, 2012-ci ilin avqust ayında Səbail rayonu, Ziya Yusifzadə küçəsi (keçmiş Xanlar küçəsi) 8 ünvanında yerləşən, 146 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsi Azər Əsgərova məxsus MMC tərəfindən dağıdılıb. Bir neçə il çəkən məhkəmə çəkişmələrindən, dövlət qurumlarına ardıcıl müraciətlərdən sonra “Azİmport” rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəməyi öhdəsinə götürüb. Amma bu vəsaitin 500 min dolları iki il ərzində hissə-hissə ödənildikdən sonra Azər Əsgərov qalan məbləği verməkdən imtina edib. MMC rəhbəri daha sonra hüquq-mühafizə orqanlarına müraciət edərək Kamal Akimovdan şikayətçi olub. O, şikayət ərizəsində göstərib ki, iş adamı ona hədə qorxu gəlib, təhdid edib.

Kamal Akimov ifadəsində istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, 2012-ci ildən bu günlərə qədər üzləşdiyi qanunsuzluqlar haqqında ətraflı şəkildə məlumat verib. Bildirib ki, ona qarşı ittihamlar tamamilə əsassızdır və onları qəbul etmir, heç vaxt, heç kimdən hədə-qorxu yolu ilə pul tələb etməyib.

Mülkiyyətində olan qeyri-yaşayış sahəsi hazırda cinayət işi üzrə zərərçəkən qismində çıxış edən Azər Əsgərovun rəhbərlik etdiyi “Azİmport” MMC tərəfindən qanunsuz olaraq sökülüb. Bu barədə ona qardaşı, ona məlumat verib, özü hadisə yerinə gəlib, bu zaman “Azİmport” MMC-nin işçiləri, habelə Səbail rayon İcra Hakimiyyətinin əməkdaşı söküntünün guya anlaşılmazlıq səbəbindən aparıldığını deyiblər.

Qeyd ediblər ki, bu barədə araşdırma aparıb ona xəbər verəcəklər. Amma araşdırma vədindən xəbər çıxmayıb, iş adamı bir neçə gün sonra əmlakının söküntüsünün davam etdirildiyini görüb. O, hadisə yerində “Azİmport” MMC-yə məxsus yük avtomobillərinin söküntü işlərinə cəlb olunmasının şahidi olub. K.Akimov əlavə edib ki, bundan sonra qanunsuz söküntünün qarşısını almaq üçün öz şirkətinə məxsus texnikaları mülkünün qarşısına düzüb.

K.Akimovun sözlərinə görə, daha sonra əmakı tamamilə dağıdılır. O, ifadəsində qeyd edib ki, kompensasiyanı tələb etmək üçün qanuni yollarla məhkəməyə baş vurub. Amma həmin dövrdə onun vəkilləri qanunsuz sökülmüş əmlakla bağlı iddia tələbini düzgün qoymayıblar. Yəni məhz bu səbəbdən o uzun müddət davam etmiş məhkəmə çəkişməsindən lazımı nəticə əldə edə bilməyib. İş adamı bildirib ki, növbəti prosesdə həmin vəkil də şahid qismində prosesə dəvət olunacaq.

Kamal Akimov hakimin diqqətinə çatdırıb ki, kompensasiyasını almaq üçün hüquq mühafizə orqanlarına, ölkə rəhbərliyinə davamlı müraciətlər edir. Nəhayət yazışmaların nəticəsi olaraq Azər Əsgərov hər ikisinin ortaq tanışı olan Cəmaləddin adlı şəxs vasitəsi ilə onu görüşə dəvət edib. Görüşdə qarşılıqlı razılığa gəlinir ki, Azər Əsgərov sökdürdüyü qeyri-yaşayış sahəsinin əvəzi olaraq Kamal Akimova 800 min dollar ödəyəcək. İş adamının sözlərinə görə, burada hər-hansı hədə-qorxudan, zor tətbiq etməkdən söhbət gedə bilməz.

Baxmayaraq ki, əmlakın o zamankı bazar dəyəri bu məbləğdən təqribən 2.5 dəfə artıq olub. Beləliklə, Asgərov tərəfindən hər ay ona 50 min dollar ödənilməyə başlayıb. Bu vəsait qəbz verilməklə, Akimovun pulu almaq üçün göndərdiyi Cəmaləddin adlı şəxs tərəfindən video çəkiliş aparılmaqla həyata keçirilib. 3 aydan sonra öənişlərin stabilliyi pozulur, bir ay ödəniş olmur, növbəti ayda verilir və s. İş adamı əlavə edir ki, təxminən 500 min dollar verildikdən sonra Azər Əsgərov qəti şəkildə daha ona hər hansı vəsait verməyəcəyini bildirir. İş adamının sözlərinə görə, bundan sonra ancaq qanuni yollarla haqqını tələb etməkdə davam edib. Hüquq mühafizə oranlarına, ölkə rəhbərliyinə ardıcıl müraciətlər ünvanlayıb. Amma bir müddət sonra ona məlum olur ki, axtarışa verilib...

Kamal Akimovun sərbəst ifadəsindən sonra Azər Əsgərovun vəkilləri ona müxtəlif suallar ünvanlayıb. Hakim habelə “Azİmport” rəhbərinə də K. Akimova sual verməyə şərait yaradıb. O, sual əvəzinə iclasda çıxış etmək istəs də hakim Zeynal Ağayev təqisrləndirlənə yalnız sual verə biləcəyi barədə xəbərdarlıq edib. A.Əsgərovun isə Kamal Akimova sual olmayıb.

Burada maqarlı nüans ondan ibarətdir ki, iş adama ünvanlanan sualların heç biri ona qarşı irəli sürülmüş ittihamların mahiyyətinə uyğun olmayıb. İstər dövlət ittihamçısı, istərsə də zərərçəkmiş şəxsin nümayəndələri ancaq Akimova məxsus qeyri-yaşayış sahəsinin hansı əsaslarla alınıb sənədləşdirilməsi, onun söküntüdən nə vaxt xəbər tutması və s bağlı suallar veriblər. O da maraqlıdır ki, Azər Əsgərovun vəkilləri Akimova hədə-qorxu ilə pul tələb etdiyi barədə bir sual belə ünvanlamayıb. Məntiqlə vəkillər və dövlət ittihamçısı iddianın əsas motivi olan A.Əsgərova qarşı hədə-qorxu ilə pul tələb etmə ilə bağlı ən müxtəlif suallar ünvanlamalı idilər.

Prosesdə daha sonra iş adamının vəkilləri K.Akimova suallar vermək istəsələr də hakim icazə verməyib və özü qısa bir sual ünvanlayaraq ondan Azər Əsgərovu hədələyib-hədələmədiyini soruşub.

Vəkillər bu qənaətdədirlər ki, əslində hakim daha geniş araşdırma aparmalı idi ki, 800 min dolların verilməsi necə razılaşdırılıb, bu zaman hər hansı təzyiq olub, yoxsa olmayıb. Axı, Azər Əsgərov 500 min dolları mülkiyyət sahibinə ödədikdən sonra qalan 300 min dolları ödəməkdən imtina edib. Amma Kamal Akimov bu barədə yenidən dövlət qurumlarına şikayətlərə başlayandan sonra “Azİmport” rəhbəri ondan hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə şikayətçi olur.

Bənzər yazılar

0.20241212844849