Sabiq deputat Xəlilbəy Günəşovun “Zəfər” tikinti şirkəti cərimələndi

 20-04-2023

“Zəfər” Mənzil-Tikinti Kooperativi (MMC) böyük məbləğdə cərimə yazılıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci (yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə) maddəsi ilə cərimə olunub.


İş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Rauf Daşdəmoruvun icraatına verilib. 

Məhkəmə baxışı aprelin 28-nə təyin edilib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə yazılan protokol məhkəmə tərəfindən təsdiq olunarsa fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.

Yerli mətbuatın yazdığına görə, “Zəfər” Mənzil-Tikinti Kooperativi sabiq deputat Xəlilbəy Günəşova məxsusdur. 

Məlumata görə, Xəlilbəy Günəşov zamanında sabiq Baş Qərargah Rəisi Nəcməddin Sadıkovla yaxın münasibəti olub. 

Mətbuat yazır ki, vaxtı ilə bu MMC “Salyan kazarması”nın ərazisində, Akademik Şəfayət Mehdiyev küçəsində zabitlər üçün inşa olunan evlərin tikilməsi üçün tenderin qalibi olub. 


Müəllif Fariz Məlikli
Mənbə Demokrat.az

Bənzər yazılar

0.22298097610474