"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC borc içində batır - 13 milyon vergi borcu var

 07-04-2023

İnşaat sektorunun əsas oyunçularından olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporiyası” ASC-nin külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo.az xəbər verir ki, ASC-nin bu günə olan vergi borcu 13 milyon 960 min 626 manat təşkil edir.

Bu, vaxtilə ölkənin ən tikinti sektorunun lider şirkətlərindən olan "Akkord”un hazırda böhran keçirdiyini deməyə əsas verir. 

Məlumat üçün bildirək ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” nın 51%-i “VİP Estate” şirkətinə, 49%i Dərya Vəliyevə məxsus olub. Dərya Vəliyev eyni zamanda uzun müddət “Akkord”un Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Bildirilir ki, bir-neçə ay əvvəl Dərya Vəliyev Müşahidə Şurasının sədri vəzifəsindən azad olunaraq üzv təyin olunub.

Onu da bildirək ki, uzun illər mətbuatda “Akkord” şirkətlər qrupunun qeyri-rəsmi sahibinin sabiq baş prokuror Zakir Qaralaov olması ilə bağlı çoxsaylı yazılar yayımlanıb. Bir-neçə gün əvvəl mətbuatda yayılan məlumata görə Zakir Qaralov müayinə və müalicə üçün Almaniyaya getmək istəsə də onun ölkədən çıxışına icazə verilməyib. Bu xəbərlə bağlı Baş Prokurorluqdan bildiriblər ki, onlarda Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat yoxdur.

Qarşı tərəfin bu iddiaları təkzib etməsinə dair heç bir fakt yoxdur. 

Bənzər yazılar

0.20757007598877