Kərəm Həsənovun bacısına qarşı 2 milyonluq dələduzluq edən “falçı” və sevgilisi ilə bağlı qərar verildi

 30-03-2023

Əmlak Məsələləri Dövlət Komitəsinə uzun illər rəhbərlik etmiş, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayevaya qarşı dələduzluq əməlində ittiham olunan Ceyhun Zeynallı və Şəfəq İsmiyeva ilə bağlı hökmdən verilmiş şikayətlərə baxılıb.

APA.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində 1 il ərzində baxılan iş üzrə yekun qərar elan olunub.

Hakim Cavid Hüseynin sədrlik etdiyi hakimlər heyəti vəkillərin təqsirləndirilən şəxslərlə bağlı hökmün dəyişdirilməsi şikayətini təmin etməyib.

Qərara əsasən apellyasiya şikayətləri rədd olunub.

Qeyd edək ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edib, Ceyhun Zeynallının 13, Şəfəq İsmiyevanın 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Çıxışda ev dustaqlığında olan İsmiyevanın məhkəmə zalında həbs edilməli olduğu deyilib.

Adları çəkilən şəxslərə Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülmüşdü. İttihamda Şəfəq İsmiyevanın “Instagram”da səhifə açaraq özünü Maya adlı falçı kimi təqdim etdiyi yazılıb. Rəna Ağarzayeva onun xidmətinə ehtiyac duyub.

Kərəm Həsənovun bacısının əri Sənan Ağarzayev zərərçəkmiş kimi tanınıb. Onun sözlərinə görə, iki il ərzində Şəfəq İsmiyevaya 1 milyon 998 min manat ödəyiblər. Ziyanın yalnız 293 min manatı geri qaytarılıb. Sənan Ağarzayev təqsirləndirilənlərin uzun müddət həbs həyatı yaşamağındansa, ziyanın ödənilməsini istədiyini deyib.

Şəfəq İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törədib. O, məbləğin böyük hissəsi Ceyhuna Zeynallıya verilib.

Şəfəq İsmiyeva əvvəlki ifadələrində Rəna Ağarzayevadan 1 milyon 400 min manat aldığını bildirmişdi. Amma təqsirləndirilən şəxs son məhkəmə iclasında məbləği dəqiq xatırlamadığını qeyd edib: “Ola bilər ki, dedikləri qədərdir”.

Şəfəq İsmiyeva ilkin izahatında Rəna Ağarzayevanı təkbaşına aldatdığını demişdi. Sonradan ifadəsini dəyişib, cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törətdiyini bildirib. O, məbləğin boyük hissəsini Ceyhuna verdiyini iddia edib. Şəfəq İsmiyevanın sözlərinə görə, hətta pul arxasınca da bir neçə dəfə birlikdə gediblər.

Ceyhun Zeynallı özünü təqsirli bilmir. O, Şəfəq İsmiyevanın böhtan atdığını deyib. Ceyhun Zeynallı keçmiş sevgilisinin dəfələrlə xaricə pul göndərdiyini, bunu banklardan tranzaksiyaları yoxlamaqla müəyyənləşdirmək mümkün olduğunu bildirib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun Zeynallı cinayətdə özünü təqsirli bilməyib, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva 10 il 6 ay azadlıqdan məhrum edilib.

Bənzər yazılar

0.19994187355042