İlham İsmayılın oğlu Çexiyada saxlanıldı

 30-03-2023

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu Cavidan İsmayılzadə saxlanılıb.

"Qafqazinfo.az" xəbər verir ki, 1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu İnterpol xətti ilə Çexiyada tutulub. Hazırda həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İlham İsmayıl bildirib ki, oğlunun sərhəddə sənədlə bağlı problemi yaranıb: “Hazırda vəkili problemi həll edir”.

Qeyd edək ki, C. İsmayılzadə barəsində Azərbaycanda 2016-cı ildə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunub. Belə ki, Cavidanın tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adı ilə 970 min avro pulu mənimsədiyi iddia edilib. Həmin ərəfədə o, Almaniyada olub. Buna görə də İnterpol axtarışına verilib.
 

Bənzər yazılar

0.20504307746887