Adları bir müddətdir eşq dedi-qodularına qarışan türkiyəli məşhur aktrisa Hande Erçel və milyarder Hakan Sabancı Parisə gedərkən hava limanında görüntüləniblər.
Ötən həftələrdə “Fantaziya qurmayın, həyatımda heç kim yoxdur” deyən Hande Erçel Hakan Sabancı ilə eşq macərasını inkar etmişdi.
Karyerası qədər şəxsi həyatı ilə də gündəmdən düşməyən Hande Erçel həmkarı Kaan Yıldırımla qısa münasibətini bitirdikdən sonra adı bir sıra məşhurlarla hallanan Hakan Sabancı ilə sevgili olub.
Romantik istirahətə yollanan cütlüyün fotolarını paylaşıb-paylaşmayacaqları maraq doğurur.
Mənbə: Gazetemagazin