Amerikalı məşhur aktrisa və model Pamela Anderson “Playboy” jurnalına çəkilməzdən əvvəl çox utancaq olduğunu etiraf edib.
O, bu barədə “One-on-One” jurnalının xüsusi buraxılışına müsahibəsində danışıb.
Anderson ilk dəfə 1989-cu ildə, aktrisalıq karyerasına başlamazdan bir müddət əvvəl “Playboy”un üz qabığında görünüb. O, bu çəkiliş təcrübəsini xatırlayaraq, təbii utancaqlığını aradan qaldırmaq üçün öz üzərində xeyli çalışmalı olduğunu etiraf edib.
“Bu çəkilişlər o qədər yorucu idi ki, içimdəki daxili mübarizə də məni qalan gücümdən məhrum edirdi. Mənə elə gəlirdi ki, o qədər yöndəmsizəm ki, model roluna qəti uyğun deyiləm. Ətrafımdakı hər kəsin çox gözəl olduğunu düşünürdüm və özümü onların sıralarında saxtakar kimi hiss edirdim”, - ulduz deyib.