Devid Bekhemin gəlini toy makiyajına böyük məbləğ XƏRCLƏYİB

 20-02-2023

Bruklin Bekhem və Nikola Peltsin toyu tədbirin təşkilatçıları ilə Pelts ailəsi arasında məhkəmə prosesinə səbəb olub.

Mərasim 2022-ci ilin aprelində gəlinin atasının Floridadakı malikanəsində baş tutub.

Məclisin təşkilatçısı olan “Plan Design Events”in qurucuları Nikola Bragin və Arianna Qrizhalbanın Mayamidə açdığı iddiaya görə, toy xaotik şəraitdə hazırlanıb və şirkətə minlərlə funt-sterlinqə çata biləcək zərər vurub. Onlar ziyana görə 41 min funt sterlinq tələb ediblər.

Məlumata görə, agentlik toyun təşkili üzrə sifarişi altı həftə əvvəl alıb. Gəlinin atası Nelson Pelts toyun ləğv edilməsini tələb edib, lakin onun həyat yoldaşı Klaudiya qızlarının karyerasına zərbə vuracağı üçün buna qarşı çıxıb.

Həmçinin hazırlıq prosesində gəlinin ailəsi bir sıra məsələləri bəy tərəfindən gizli saxlayıb. Belə ki, Nikola Pelts makiyajı üçün 100 min dollar xərcləyib və atasına bu barədə məlumat verilməməsini xahiş edib, çünki bu, kişini əsəbiləşdirə bilərdi. Həmçinin gəlin və onun anası Viktoriya Bekhemin bəzi məsələlərdən xəbər tutmamamasını istəyiblər.

Nikola Bragin və Arianna Qrizhalbanın iddiası Nikola Peltsin atası, milyarder Nelson Peltsin onlara qarşı məhkəməyə verdiyi ərizəyə cavab olaraq verilib. O, toydan həftələr əvvəl buraxılmış səhvlərə görə ödədiyi 132 000 funt-sterlinq avansın geri qaytarılmasını tələb edib.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.27337503433228