Britaniyalı müğənni Sem Smit Londonda keçirilən "Brit Awards 2023" mükafatlandırma mərasimində iştirak edir.
30 yaşlı Smit Londonun Harri moda evində sifarişlə tikilmiş qara lateks kombinezonda qırmızı xalçaya çıxıb. Musiqiçi imicini qara əlcəklər və iri dabanlı, platformalı çəkmələrlə tamamlayıb.
Onun geyimi mərasimin ən pislərdən biri seçilib və gülüş hədəfinə çevrilib.
Qeyd edək ki, bir neçə gün əvvəl musiqiçi “Grammy 2023” mükafatlandırma mərasimində iştirak etmək üçün də eyni dərəcədə ekstravaqant geyim seçmişdi.
Mənbə: gazeta.ru