Türkiyənin Karabük şəhərində naməlum şəxs qəzəblənmiş halda Hülya Avşarın maketinə hücum edib.
Hadisəyə şahid olanlar təəccüblərini gizlədə bilməyiblər.
Belə ki, mebel mağazasının yanından keçən bir kişi mağazaya aid olan və girişdə qoyulan Hülya Avşarın maketinə hücum edib.
O, sanki bütün qəzəbini Hülya Avşarın maketindən çıxıb, karton maketi yumruqlamağa və təpikləməyə başlayıb. Maket parçalandıqdan sonra isə ərazini tərk edib. Baş verənləri heç kim anlaya bilməyib.
Hücum anı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Mənbə: Haber Global