“Bir aile hikayesi”, “Sen çal kapımı” seriallarında yaddaqalan obrazlar yaradan məşhur türkiyəli aktrisa Elçin Afacan bir ildə 28 kiloqram arıqlayıb.
O, daha sağlam yaşamaq üçün arıqlamağa qərar verdiyini deyib.
“Artıq çəkili görünüşümdən də narazı deyildim, o görünüşümü də, indikini də çox sevirəm”, - deyə o qeyd edib.
Hazırda “Çöp adam” serialında çəkilən Elçin Afacan yeni görünüşü ilə izləyicilərini təəccübləndirib. 2019-cu ildə yayımlanan “Bir aile hikayesi” serialında Beste roluna görə 20 kiloqram kökələn aktrisa dietoloqun köməyi ilə artıq çəkisindən xilas olub. O, rasionundan karbohidrat, şəkər və qlüteni tamamilə çıxardığını bildirib. Bu yolla da bir ilə yaxın müddətdə 28 kiloqram çəki itirib.
Elçin Afacan əsasən ət və tərəvəzə üstünlük verdiyini və gündə ən az 10 min addım atdığını da qeyd edib.
Mənbə: Hürriyet