Tanınmış aktyor Rusiya filmində iştirakdan İMTİNA EDİB

 27-01-2023

Aktyor Til Şvayger və rejissor Tomas Yan Rusiya-Almaniya birgə istehsalı olan “Spy” (“Casus”) filmində iştirakdan imtina ediblər.

Bu barədə layihənin prodüseri və ssenaristi Aleksandr N məlumat verib.

O iddia edib ki, Almaniyada Yan və Şvaygerin rusiyalı kinorejissorlarının iştirakı ilə film üzərində işləmək qərarına mənfi reaksiya veriblər. Odur ki, rejissor filmlə bağlı bütün mənbələrdən onun adının silinməsini tələb edib. O, bunun baş vermədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini vurğulayıb.

“Bizim Tomas Yanın “Spy” layihəsinin rejissoru kimi iştirakını təsdiq edən sənədlərimiz var və qanun bizim tərəfimizdədir. Lakin biz münasibətləri korlamaq istəmirik və onun adını müvəqqəti olaraq silmişik. Biz düşmənçilik istəmirik, razılaşmaq istəyirik”, - deyə prodüser bildirib.

Onun sözlərinə görə, Şvayger heyətlə əlaqə saxlamır, filmin komandası və mətbuatla ünsiyyətdən imtina edir.

Bənzər yazılar

0.22693800926208