Hollivud aktrisası Ancelina Coli qadınlara qarşı zorakılıqla mübarizə xeyriyyə fondunu bağlamaq qərarına gəlib.
Məlumata görə, o, maliyyə çətinlikləri səbəbindən belə bir qərar verib.
Fond 2015-ci ildə Coli və Britaniyanın keçmiş Mühafizəkarlar Partiyasının lideri Vilyam Heyq tərəfindən yaradılıb. Mövcud olduğu müddət ərzində aktrisa təşkilata 1,7 milyon funt-sterlinqdən (3,5 milyon manatdan çox) sərmayə qoyub.
Bununla belə, hazırda fondun hesabında cəmi 52 min funt sterlinq (109 min manat) qalıb.
Xatırladaq ki, Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissiyasının vəzifəsindən çıxıb. O, təşkilatdan kənarda qaçqınlara yardım etməyə davam etmək istədiyini bildirib.
“BMT sistemində 20 illik işdən sonra hiss edirəm ki, mənim üçün fərqli işləmək - qaçqınlarla və yerli təşkilatlarla birbaşa əlaqə qurmaq vaxtıdır”, - deyə o bildirib.
Mənbə: Lenta.ru