Həyat yoldaşı “Toppuş bacı”nın vəfatından YAZIB

 22-01-2023

Azərbaycan Respublikasının Əməkdar artisti, Tünzalə Əliyeva vəfat edib. Bu barədə teatrşünas Anar Bürcəliyev bildirib.

Tünzalə Əliyevanın həyat yoldaşı Royal Babayev Əməkdar artistin ölümü ilə bağlı paylaşım edib.

Milletinsesi.info xəbər verir ki, “Instagram” hesabında paylaşım edən R.Babayev həyat yoldaşını çox sevdiyini qeyd edib:

“Sən gördüyüm və tanıdığım ən gözəl insan idin. Ən gözəl həyat yoldaşı idin! Həm ata, həm ana idin mənə. Sən mənim həm bacım, həm qardaşım oldun. Mənə ən yaxın dost idin. Mən səndən çox razı oldum. Allah da səndən razı olsun, mənim gözəl həyat yoldaşım. İnşallah, qiyamətdə görüşərik!”.

Qeyd edək ki, hər kəsin “Toppuş bacı” kimi tanıdığı T.Əliyeva uzun sürən ağır xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib.

Bənzər yazılar

0.2250611782074