Arnold Şvartseneggerlə birlikdə oynadığı “Doğru yalan” (“True Lies”) filmindəki rolu ilə parlayan Hollivud ulduzu Ceymi Li Körtis paylaşdığı şəklə görə başını bəlaya salıb.
Belə ki, aktrisa özünün sosial şəbəkə hesabından ofisinin şəklini paylaşıb. Amma divarda çamadana basılmış çılpaq uşaq təsviri sosial çəbəkə istifadəçilərinin kəskin tənqidinə səbəb olub.
“Uşaq öldürmə, yoxsa köləlik? Hollivud dayanmalıdır”, “Mən bunu görmək və ya telefonumda bu şəkilə rast gəldiyim üçün həbs olunmaq istəmirəm”, “Lənət şeytana, bu necə sənətdir?”, - deyə aktrisanın pərəstişkarları məyusluqlarını bildiriblər.
Körtis artıq paylaşımını silib.
Mənbə: RT