Hyu Cekman: “O, mənim bütün düşüncələrimi dəyişdi” - VİDEO

 19-01-2023

Hollivud ulduzu Hyu Cekman etiraf edib ki, “Oğul” (“The Son”) filminin çəkilişləri onun valideynlik mövzusundakı fikirlərinə təsir edib.

Bu barədə düşüncələrini o, özünün sosial şəbəkə hesabından paylaşıb.

“Buna görə mən indi başqa düşüncədə olan valideynəm. Düşünürəm ki, uşaqlara qarşı həssas olmağa, “əmin deyiləm” kimi sözlər söyləməyə və ya bəzən başıma gələnlərlə məşğul ola biləcəyimi qəbullanmağa daha açığam”, - deyə aktyor paylaşıb.

Cekman bildirib ki, filmin süjeti onu övladları ilə daha səmimi olmağa ruhlandırıb.

“Oğul” filminin süjeti vaxtının çoxunu işdə və yeni ailəsi ilə keçirən “Peter”in (Hyu Cekman) həyatından bəhs edir. Günlərin birində əvvəlki evliliyindən olan yeniyetmə oğlu “Nikolay” onunla yaşamaq istədiyini deyir. Baş rol oyunçusu övladının çətin böyümə dövründən keçməsinə kömək etməli olacaq.

Qeyd edək ki, Hyu Cekman son illərdə müstəsna olaraq dramatik rollar oynayır. Ancaq tamaşaçılar onu “Marvel”in “X-Men” kino aləmində “Rosomaxa” roluna görə tanıyır.

Mənbə: Hollivud Reporter

Bənzər yazılar

0.22960591316223