Qar təmizləyən maşının altında qalan və reanimasiyaya düşən aktyor Ceremi Renner xəstəxana çarpayısında bacısının onu necə çimizdirdiyini nümayiş etdirib.
Sənətçinin sosial şəbəkələrdəki səhifəsində yayılan videoda bacısının aktyorun papaqla örtülmüş və altında şampun olan başını necə masaj etdiyini görmək olar. Rennerin sözlərinə görə, o, bir həftədir ki, duş qəbul etməyib.
Qeyd edək ki, 51 yaşlı aktyor Nevadadakı fermasında ciddi xəsarətlər aldıqdan sonra təyyarə ilə xəstəxanaya çatdırılıb. O, döş qəfəsinin küt yarası və ayağının zədələnməsi səbəbindən əməliyyat olunub.