"Bakı Metropoliteni"nin 1,5 milyonluq tenderini hansı şirkətlər uddub?

 15-04-2022

"Bakı Metropoliteni" QSC tərəfindən keçirilən 2 tender müsabiqəsinə yekun vurulub.

Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qaliblərindən biri “İnfinitech” MMC (VÖEN- 1300226131) olub.

“İnfinitech” MMC “Bakı Metropoliteni” QSC-yə müxtəlif növ kompüter və kompüter avadanlıqları satacaq. “Bakı Metropoliteni” QSC satın alacağı bu mallar üçün “İnfinitech” MMC -yə 1 milyon 154 min 769 manat 24 qəpik ödəyəcək.

Tender müsabiqəsinin daha bir qalibi “TMS LTD” MMC (VÖEN- 6400598521) olub.

“TMS LTD” MMC “Bakı Metropoliteni” QSC-nin III yeni (“Bənövşəyi”) xəttinə aid "Xocasən" elektrik deposunda sahə daxili içməli və yanğın əlehinə su xəttinin quraşdırılması işlərini görəcək. “Bakı Metropoliteni” QSC satın alacağı bu işlər üçün “TMS LTD” MMC -yə 437 min 361 manat 28 qəpik ödəyəcək.

Qeyd edək ki, 2014-cü ildən "Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovdur. Metro rəisi son vaxtlar övladlarına və xanımına məxsus bahalı avtomobilləri və adlarının baş hərfinə uyğun nömrələri ilə gündəmə gəlib. 

Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.20941281318665