Van Persi "Mançester Yunayted"dən imtina etdi

 10-04-2022

Robin van Persi “Ayaks”ın baş məşqçisi Erik Ten Haqın rəhbərliyi altında “Mançester Yunayted”də işləmək fürsətindən imtina edib .

Qol.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilib ki, “Mançester Yunayted”in yeni baş məşqçisi vəzifəsinə əsas namizəd olan  Haq van Persini heyətində görmək istəyir. "Qırmızı şeytanlar"ın sabiq futbolçusu köməkçi məşqçi vəzifəsini tutduğu “Feyenoord”dakı işindən razı qaldığı üçün bu təklifdən imtina edib.

Xatırladaq ki, van Persi 2012-2015-ci illərdə “Mançester Yunayted”də çıxış edib.

Bənzər yazılar

0.20712900161743