ADY sabiq deputatın şirkətini məhkəməyə verdi

 09-04-2022

“Azərbaycan Dəmir Yolları” QSC “Karat Holdinq” MMC-ni məhkəməyə verib.

MillətinSəsi.info Qaynarinfo.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbləri barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.

“Karat Holdinq” MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 430 AZN olan şirkətin qanuni təmsilçisi Umudov İqdam Əliş oğludur.

Mediada gedən məlumatlara görə, şirkət keçmiş deputat Əsabil Qasımova məxsusdur. İqdam Umudov isə onun qaynıdır.

“Karat Holdinq” MMC-nin tərkibinə aşağıdakı şirkətlər daxildir:

Karat MTK
İdeal MMC
Azİnvest Tikinti Şirkəti
Everest-M
Şin Servis
Karmen MMC dəyirmanı
Hökməli Makaron Fabriki
Hökməli Kisə Fabriki
ASTEL MMC Quşçuluq Fabrikləri
Gəncə Fatoğlu un dəyirmanı
Marina Plaza oteli
Premium market (mənbə: wikipedia)

“Azərbaycan Dəmir Yolları” QSC-yə gəlincə, qurumun rəhbəri Cavid Qurbanovdur. O, 2015-ci ildən bu vəzifədədir.

Bənzər yazılar

0.19930410385132