Prezident İsa Həbibbəylini AMEA prezidenti vəzifəsinə TƏSDİQLƏYİB

 26-10-2022

Prezident İlham Əliyev İsa Əkbər oğlu Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilib.

Qeyd edək ki, Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib. Akademiyanın ümumi yığıncağında akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib.

Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib. İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib. Oktyabrın 16-da onun 73 yaşı tamam olub.

Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

Bənzər yazılar

0.21469902992249