Hüseynbala Mirələmov və Əbülfəs Qarayevin Panamada qeydiyyatdan keçirdiyi şirkət fəaliyyətini dayandırdı

 05-04-2022
"Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun 2004-cü ildə Panamada qeydiyyatdan keçirdikləri şirkət fəaliyyətini dayandırıb." Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində bildirib.
 
Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, Panama mənbələrinə görə RİMBA S.A.-nın statusu "vigente"dən (aktiv) 'suspendido"ya keçib, yəni ləğv edilib:
 
"Şirkətlə bağlı ilk məlumat 2020-ci il parlament seçkiləri ərəfəsində yayılıb, bundan bir ay sonra 15 il deputat mandatı daşımış Hüseynbala Mirələmovun seçkiyə qatıldığı dairənin nəticələri ləğv olunub.
 
Həmin ilin mayında isə DTX Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyində əməliyyat keçirdi, bir neçə yaxın adamı həbs edildi, özü isə vəzifəsindən azad edildi.
 
Sabiq deputat Hüseynbala Mirələmov ötən il biabırçı videosu ilə bir daha gündəmə gəlmişdi, görüntülər hətta ABŞ televiziyalarında da yayılmışdı."
 
sened
 
Azər Mətin

Bənzər yazılar

0.22822093963623