ABŞ-da atışma olub, ölənlər var

 16-10-2022

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

Milletinsesi.info xəbər verir ki, bu barədə yerli polis bölməsi məlumat yayıb.

Polisin məlumatına görə, iki qadın və bir kişinin öldüyü təsdiqlənib. Daha bir nəfər xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.

Mənbə: TASS

Bənzər yazılar

0.2253749370575