Polşa “Drujba” kəmərinin zədələnmiş hissəsindən neft nəqlini bərpa etdi

 16-10-2022

Polşanın texniki xidmətləri “Drujba” neft kəmərinin zədələnmiş hissəsinin təmirini başa çatdırıb.

Eyni zamanda bu kəmər üzrə neft nəqli də bərpa edilib.

Bu barədə boru kəmərinin Polşa hissəsinin operatoru - PERN şirkəti öz saytında məlumat verib.

“Şənbə günü PERN-in texniki xidmətləri zədələnmiş boru kəmərinin iş qabiliyyətini tam bərpa edib. Bu kəmər vasitəsilə neft şirkətin Almaniyadakı müştərilərinə nəql edilir. Hazırda qərb hissəsinin hər iki kəməri ilə tədarüklər həyata keçirilir”, - deyə şirkətdən qeyd edilib.

Mənbə: TASS

Bənzər yazılar

0.20936703681946