Tehranda həbsxanadakı atışma və yanğında 8 nəfər yaralanıb - YENİLƏNİB + VİDEO

 16-10-2022

İranın paytaxtı Tehranın “Evin” həbsxanasında baş verən yanğında 8 nəfər yaralanıb.

Bildirilib ki, olayda ölən olmayıb.  

“Reuters”in məlumatına görə, həbsxanada siyasi məhbuslarla yanaşı, əcnəbilər və ikili vətəndaşlığı olanlar da var. 

Yerli dövlət KİV isə qeyd edib ki, həbsxanada vəziyyət nəzarət altına alınıb.

Mənbə: “Reuters”

00:14

İran paytaxtı Tehranda yerləşən “Evin” zindanı ətrafında atışma səsləri eşidilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, etirazçılar həbsxanaya “Molotov” kokteyli atıblar.

Yayılan digər məlumatda isə “Evin” həbsxanasında məhkumlarla personal arasında toqquşmanın olduğu bildirilir.

Bildirilib ki, məhbuslar həbsxananın geyim anbarını yandıraraq ərazidə yanğına səbəb olublar.

 

Bənzər yazılar

0.21383905410767