Emoməli Rəhmondan Vladimir Putinə İRAD: “Xahiş edirəm Mərkəzi Asiya ölkələrinə keçmiş SSRİ kimi yanaşmayın” – VİDEO

 14-10-2022

“Tacikistan Rusiya Federasiyasının simasındakı əsas strateji tərəfdaşının maraqlarına həmişə hörmətlə yanaşıb. Lakin biz həm də qarşılıqlı hörmət görmək istəyirik”.

Bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Astanada şəxsən Rusiya Federasiyasının rəhbəri Vladimir Putinə müraciət edərək bildirib.

O, həmçinin rusiyalı həmkarından Mərkəzi Asiya ölkələrinə keçmiş SSRİ kimi yanaşmamağı xahiş edib.

Dövlət başçısı Rusiyanı öz tərəfdaşlarına bərabər münasibət göstərməməkdə günahlandırıb.

Mənbə: informburo.kz

Bənzər yazılar

0.2091920375824