Türkiyə səfiri Hikmət Hacıyevlə GÖRÜŞÜB

 04-10-2022

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə türkiyəli diplomat “Twitter” hesabından xəbər verib:

“Prezident köməkçisi Hikmət Hacıyevlə görüşdük. Qarabağ Zəfərinin xatirəsinə Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə Nazirliyinin zərbxanasında zərb edilən gümüş pulu hədiyyə etdim.

Türkiyə haqlı mübarizəsində sona qədər qardaş Azərbaycanın yanındadır”.

 

Bənzər yazılar

0.21556091308594