Şəhid anasının ölüm səbəbi AÇIQLANIB

 26-09-2022

Azərbaycan Ordusunun avqust ayında şəhid olan əsgəri Kazımov Anar Rüstəm oğlunun anası Alıyeva Səyyarə Murtuzalı qızı vəfat edib.

Şəmkir rayon İcra Hakimiyyətindən  bildirilib ki, Alıyeva Səyyarə ötən gün Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada əməliyyat olub. Əməliyyatdan bir neçə saat sonra onun vəziyyəti pisləşib və dünyasını dəyişib.
 
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 1970-ci il təvəllüdlü Səyyarə Alıyeva Abbas Səhhət adına xəstəxanada sentyabrın 24-ü ginekoloji əməliyyat keçirib. Əməliyyatdan bir sutka sonra tromboemboliya diaqnozu ilə dünyasını dəyişib.
 
Qeyd edək ki, Anar Kazımov 16.02.2004-cü ildə rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Avqustun 3-ü şəhid olub.
 
SEHİD AİLESİ

Bənzər yazılar

0.21150708198547