Xırdalanda narkotik qəbul edən İKİ GƏNC ÖLÜB

 20-09-2022

Xırdalanda son günlərdə 2 nəfər narkotik vasitənin təsirindən ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xırdalan şəhəri “Mexkalon” yaşayış massivində 33 yaşlı V.Əsədov qəbul etdiyi narkotikin təsirindən vəfat edib.

Bundan 3 gün əvvəl isə Xırdalan şəhərinin Ş.Qurbanov küçəsində 1996-cı il təvəllüdlü R.Nəsirov narkotik vasitənin təsiri nəticəsində həyatını itirib.

Hər iki ölüm faktı ilə əlaqədar araşdırma aparılır.

Bənzər yazılar

0.21623396873474