Zaqataladakı ana ölümü ilə bağlı həkimlər DİNDİRİLDİ

 28-03-2022

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zaqatalada baş verən ana ölümü ilə bağlı məlumat yayıb. 

TƏBİB-dən Lent.az-a verilən məlumatda bildirilir ki, 27 yaşlı Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Xəstəxananın Ginekologiya və doğum şöbəsinin müdiri Rəna Sultanova, Mama-ginekoloq Mehriban Hüseynova və növbədə olan digər tibb işçiləri Zaqatala rayon Prokurorluğunda izahat və ifadə veriblər.

Məhkəmə Tibbi Ekspertizanın ilkin rəyinə əsasən, ananın ölümünə səbəb “Kəskin ürək və ağciyər çatışmazlığı, tromboemboliya”dır. Yenidoğulan uşaq martın 26-da xəstəxanadan ailəsinə təhvil verilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Məsələ TƏBİB rəhbərliyi tərəfindən diqqətdə saxlanılır.

Bənzər yazılar

0.47017812728882