Rusiyada azərbaycanlı dəstə tutuldu

 17-10-2024

Rusiyanın Krasnoyarsk diyarında 3 azərbaycanlıya cinayət işi açılıb.

Ölkə.az lent.az-a istinadla bildirir ki, onlar Açinsk şəhərində bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qanunsuz miqrasiyanın təşkili ilə məşğul olmaqda şübhəli biliniblər.

Müəyyən edilib ki, Açinsk şəhərində yaşayan 3 nəfər azərbaycanlı həmyerlilərindən 3-nün Rusiyada qanunsuz qalmasına şərait yaradıb.

Onlardan biri həmyerlilərini tikintisi başa çatmamış fərdi evdə məskunlaşdırıb, digəri kommersiya təşkilatının sahibi vətəndaşları fəhlə kimi işə götürüb. Tərəfdaşlar qeyri-qanuni mühacirlərə iş fəaliyyətlərini gizlətmək üçün hər cür köməklik göstəriblər.

İstintaq Komitəsi faktla bağlı "Qanunsuz miqrasiyanın təşkili” (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 2-ci hissəsinin "a” bəndi) maddəsilə cinayət işi açıb. Şübhəlilər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar qruplaşmada başqa iştirakçıların olub-olmadığını araşdırır.

Araşdırma çərçivəsində polis əməkdaşlarının miqrasiya qanunvericiliyinin tələblərinə əməl olunmasının yoxlanılması üzrə xidməti vəzifələrinin icrası zamanı hərəkətlərinə (hərəkətsizliyinə) də hüquqi qiymət veriləcək.

Bənzər yazılar

0.068180084228516