Ramil Usubovla Sergey Şoyqu nələri danışdı?

 06-08-2024

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla da görüşüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə SergeyŞoyqu jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüşlərdə Qərbin Cənubi Qafqazda təhlükəsizliyin qurulması prosesinə müdaxilə cəhdləri müzakirə olunub.

“Məsələlərin geniş spektri, o cümlədən, Cənubi Qafqazda təhlükəsizlik, 10-cu redaksiyasının İrəvana göndərildiyi Ermənistanla sülh sazişinin imzalanması, Qərbin bu prosesə aktiv müdaxilə cəhdləri müzakirə olunub”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

Sergey Şoyqu əlavə edib ki, nəqliyyat layihələri, xüsusilə “Şimal-Cənub” dəhlizi də müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

Bənzər yazılar

0.22087502479553