Keçmiş deputatın oğlu DSK önündə qalmaqal yaratdı

 25-07-2024

Dünən keçmiş deputat, ləğv olunmuş “Debüt Bank”-ın mərhum sədri Fərhad Qəribovun oğlu Rəşad Qəribov Kürdəmirdə qalmaqal yaradıb.

AzPolitika.info-ya daxil olan məlumata görə, R. Qəribov 62 saylı seçki dairəsindən bitərəf kimi namizədliyini irəli sürüb. Rayonda iri biznes sahibi olan iş adamı qısa müddətdə imzaları və sənədlərini DSK-ya təqdim edib. Amma komissiya sədri iş başında olmadığına görə sənədlər qəbul olunmayıb. DSK sədri xəstəxanada, sistem altında olduğunu bildirib və gün ərzində DSK-ya gələ bilməyəcəyini deyib.

Bundan qəzəblənən Rəşad Qəribov işçilərini və qohumlarını seçki komissiyasının ətrafına toplayaraq, imzalarının qəbul edilməsini tələb edib. Nəticədə, 300-ə qədər Kürdəmir sakini DSK-nın qarşısına yığılıb və əraziyə polis əməkdaşları cəlb edilib.

Daha sonra R. Qəribovun göstərişi ilə toplaşanlar evlərinə dağılışıb. (AzPolitika.info)

Bənzər yazılar

0.061615943908691