Lənkəran Dövlət Dram Teatrına direktor təyin olundu

 22-06-2024

Lənkəran Dövlət Dram Teatrına direktor təyin olunub.

“Report”un Cənub bürosunun məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Lənkəran Dövlət Dram Teatrına Əməkdar mədəniyyət işçisi, ixtisasca rejissor olan Laləzar Ramil qızı Hüseynova direktor təyin olunub.

Qeyd edək ki, L.Hüseynova bu vəzifəyə kimi Salyan Dövlət Kukla Teatrının direktoru vəzifəsində çalışıb. Eləcə də, Dərbənd, Quba teatrlarında çalışıb.

Bənzər yazılar

0.075239181518555