Bakının iki rayonunda qaz olmayacaq

 21-06-2024

Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz xəttinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Nərimanov rayonunun Ziya Bünyadov küçəsində yeni çəkilmiş yeraltı qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi, Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində orta təzyiqli qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar 21.06.2024-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Ölkə.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri görülən müddətdə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin, Nərimanov rayonunun Ziya Bünyadov, Y.V.Çəmənzəminli, Ağa Nemətulla, Ə.Rəcəbli küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bənzər yazılar

0.1008768081665