DTX tərəfindən Gömrük Komitəsində saxlanılanlar GÖRÜN KİMLƏRDİ? - ŞOK İDDİA

 30-08-2022

Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.
 
Bu saatlarda keçirilən əməliyyat Cənub Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.

Bir neçə saat əvvəl Dövlət Gömrük Komitəsinin strukturlarında keçirlən anti-korrupsiya əməliyyatında həbs edilən şəxslərdən birinin kimliyi məlum olub.

Gununsesi.info xəbər verir ki, əməliyyat zamanı Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktor müavini Məsumov Hüseyn Möhsün oğlu saxlanılıb.

Xatırladaq ki, Hüseyn Məsumov bir aay əvvəl həbs edilən “Azərterminalkompleks” birliyinin direktoru gömrük general-mayoru Ehtiram Xəlilovu əvəzləmişdi.

Bənzər yazılar

0.22227907180786