Azərbaycanda xəstəxanada elektrik kəsildi

 08-06-2024

Gədəbəydə ildırımdan sonra transformatorda fəsad yaranıb, rayon Mərkəzi Xəstəxanasında elektrik enerjisi kəsilib.

"Report"un Qərb bürosunun məlumatına görə, artıq bir neçə saatdır xəstəxanada və yaxınlıqdakı küçələrdə elektrik enerjisi yoxdur.

Sakinlər bildirib ki, güclü ildırımdan sonra transformatorda qısapanma olub və fəsad yaranıb.

Qeyd edək ki, günorta saatlarından bölgədə qeyri-sabit hava şəraiti müşahidə olunur.

Bənzər yazılar

0.0744309425354