İmtahan nəticəsinə görə ölən abituriyent bu müğənninin QOHUMUDUR - FOTO

 03-06-2024

İmtahandan keçə bilmədiyinə görə intihar edən abituriyent müğənni Tacir Şahmalıoğlunun qohumudur.

Ölkə.az bildirir ki, bu barədə Qaynarinfo-ya sənətçinin özü məlumat verib.

Müğənni abituriyentin qardaşının qaynı oğlu olduğunu vurğulayıb:

"Dünəndən yasdayıq. Allah kiməsə göstərməsin, ağır dərddir. 17 yaşında, boy-buxunlu övlad, heyif belə bir uşaqdan. Gələn il qəbul olardı, nə olacaqdı ki?"

Qeyd edək ki, Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilməyən şagird intihar edib.

Bənzər yazılar

0.074605941772461