DSX hərbiçisi türkiyəli sürücünü VURUB ÖLDÜRÜB

 25-08-2022

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” Gömrük Postunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə dünən saat 16:00 radələrində qeydə alınıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1986-cı il təvəllüdlü Elmir Salahov DSX-yə məxsus olan xidməti “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən Bakı-Quba yolunun 201-ci kilometrliyində Rusiyadan Azərbaycana keçən TIR, gömrük terminalında türkiyəli sürücünü vurub. Nəticədə 1974-cü il təvəllüdlü İsmayıl Şahin yük maşınının altında qalaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bənzər yazılar

0.21819496154785