Azərbaycan Rusiyadakı foruma dəvət olundu

 01-05-2024

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüşlər davam edir.

Ölkə.az xəbər verir ki, mayın 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşü olub.

Söhbət zamanı Azərbaycan-Rusiya mədəni əlaqələrinin qədim tarixinin və köklü ənənələrinin olduğu bildirilib. Yaxın gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya Mədəniyyəti Günləri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyalı nazir ölkəmizi bu ilin sentyabr ayında təşkil olunacaq X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edib.

Bənzər yazılar

0.066689968109131