Abituriyentlərə pis xəbər: Keçid balları bu qədər ARTACAQ...

 24-04-2024

Bu il ali məktəbə qəbul olmaq istəyənlərin sayında artım var. Üstəlik, buraxılış imtahanlarında ötən illə müqayisədə kifayət qədər yüksək nəticə əldə edilib. 

Maraqlıdır, mövcud duurmda keçid ballarında artım gözlənilirmi? Sözügedən məsələ ixtisas seçimlərinə necə təsir edəcək? 

Mövzu ilə bağlı suallara aydınlıq gətirən təhsil eksperti Cahid İmanlı “Yeni Sabah”a danışıb:

“Bu il abituriyentlər ali məktəbə qəbul prosesində, yəni ixtisas seçimində bir çox məsələni diqqətdə saxlamalıdırlar. Burada ən vacib nüans keçid ballarının qalxmasını nəzərə almaqdır. Hazırkı mərhələdə keçid ballarının qalxmasına təsir edən 2 vacib amil var. Birincisi buraxılış imtahanının nəticələrinin ilkin təhlilidir. Belə ki, imtahanın asan olması nəticəsində 200-dən çox bal yığanların sayı keçən ilə nisbətən daha çoxdur. Bu amil keçid ballarının ən az 30-50 bal arası qalxacağını göstərir. 2-ci amil isə bu il 11-ci sinifi bitirən şagirdlərin sayının keçən ilə nisbətən 4000 nəfərdən çox olmasıdır. Belə ki, keçən il bu rəqəm 101321 nəfər olduğu halda bu il 105369 nəfər təşkil edib”. 

“Nəticədə bu il ali məktəbə sənəd verənlərin sayında da təbii olaraq artım baş verəcək ki, bu da müsabiqə şərtinin yüksək olacağına, yəni balların artmasına təsirsiz qalmayacaq. Qeyd edim ki, yekun və tam təhlili blok imtahanlarından sonra vermək olacaq. Bu il ən sürpriz bal artımlarının aqronomluq, sosial iş ixtisaslarında olacağı gözləniləndir”. 

 

Bənzər yazılar

0.2122859954834